SkyGlass, müasir memarlıq və sənaye sahələri üçün alüminium profillərin istehsalı, emalı və montajı üzrə ixtisaslaşmış yerli brenddir. İstehsalat sahəmizdə yüksək keyfiyyətli xammallardan müxtəlif ölçü və formalarda profillər hazırlanır, bu da funksionallıq və davamlılıq baxımından tam üstünlük yaradır.
Hazırlanan profillər öz emalatxanamızda dəqiq ölçülərlə formalaşdırılır, müasir dizayna və spesifik layihə tələblərinə uyğun məhsullara çevrilir. Bütün proseslərin sonunda, təcrübəli montaj komandamız tərəfindən sahəyə çatdırılan məhsullar quraşdırılır və layihə istifadəyə hazır vəziyyətə gətirilir.
Müəssisə olaraq məqsədimiz – yalnız alüminium struktur deyil, estetik görünüşə və uzunömürlülüyə sahib həllər təqdim etməkdir. Hər layihədə peşəkarlıq, dəqiqlik və müştəri məmnuniyyəti bizim əsas dəyərlərimizdir.
İllik təcrübə
Əməkdaşlıq
Uğurlu Layihə
Məmnun müştəri